PDF Oxu

Dünya

  • 8

Rusiyanın Konstitusiya Məhkəməsi ölüm hökmünün tətbiqini qadağan edib

Rusiyanın Konstitusiya Məhkəməsi ölüm hökmünün tətbiqini qadağan edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın Konstitusiya Məhkəməsi ölkə hüdudları daxilində ölüm hökmünün tətbiq edilməsini qadağan etmişdir. Qanunun qəbul edildiyi vaxt ölüm hökmünə məhkum edilmiş məhbusların da cəzaları azadlıqdan məhrumetmə müddətlərinə dəyişdiriləcəkdir.
Rusiyada ölüm hökmünə qoyulmuş son moratorium ölkənin sərhəd bölgəsi olan Çeçenistanda andlı iclasçıların iştirakı ilə 2010-cu ilin yanvar ayının 1-də başa çatmasını nəzərdə tutmuşdur. Bu formal maneələrdən sonra Rusiyada heç bir məhbusa ölüm hökmü verilməmişdir. Buna baxmayaraq, Rusiya Konstitusiya Məhkəməsi belə hesab edir ki, bu aktın özü də ölkədə ölüm hökmünün tətbiqinə imkan vermir.
Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinin dediyinə görə, Rusiya ölüm hökmünün tətbiqini qadağan edən bir neçə beynəlxalq hüquq normalarına imza atmışdır. Avropa Şurası isə Moskvanı beynəlxalq sənədlərə qol çəkməyə ölüm hökmünü ləğv etdikdən sonra dəvət etmişdir. Rusiyada ölüm hökmünün ləğv edilməsi və saxlanması haqda qəbul edilmiş moratoriumun müzakirəsi məsələsi bu ilin oktyabrında ortaya atılmışdır. Konstitusiya Məhkəməsi ölkənin Ali Məhkəməsinə müraciət etdikdən sonra məsələyə aydınlıq gətirilmişdir. Ali Məhkəmə hakimləri 2010-cu il 1 yanvardan sonra hüquqi anlaşılmazlığın baş verəcəyindən ehtiyat edirdilər. Noyabrın 9-da Konstitusiya Məhkəməsinin açıq yığıncağında hakimiyyət budağının nümayəndələrinin hamısı moratoriumun saxlanmasına səs verilmişdir.Rusiyada ölüm hökmünə moratorium 1999-cu ildə qoyulmuşdur. Rusiyada son cinayətkar 1996-cı ilin sentyabr ayının 2-də edam edilmişdir.

Digər xəbərlər