PDF Oxu

Dünya

  • 8

Braziliyanın Ali Məhkəməsi İtaliya inqilabçısını ekstradisiya etmək qərarı qəbul edib

Braziliyanın Ali Məhkəməsi İtaliya inqilabçısını ekstradisiya etmək qərarı qəbul edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Braziliyanın Ali Məhkəməsi 2007-ci ildən həbsdə olan İtaliya inqilabçısı Çezare Battistini ekstradisiya etmək qərarı qəbul etmişdir. Bu şəxs 1970-ci illərin axırlarında İtaliyada törətdiyi dörd qətl hadisəsinə görə ömürlük həbs cəzasına məhkum edilmişdir. Əvvəllər Braziliya hökuməti Ç.Battistiyə siyasi sığınacaq vermişdi. Nəzərdə tutulmuş ekstradisiya məsələsinə məhkəmə ikinci dəfə baxacaqdır. Ali Məhkəmənin qərarını isə yalnız Braziliya prezidenti Luis İnasiu ləğv edə bilər.
Ç.Battistinin cinayət işinə baxan məhkəmə belə bir qərar qəbul etmişdir ki, İtaliyanın ədalət məhkəməsinin bu şəxsə qarşı ittihamında siyasi məsələ üstünlük təşkil etmir. Odur ki, Braziliya qanunları İtaliya inqilabçısını ekstradisiyadan müdafiə etmək məqsədi güdmür. Ç.Battisti məhkəmənin bu qərarını eşitdikdən sonra onu "ümidsizlik aktı" kimi qiymətləndirərək, aclıq elan etmişdir.
Ç.Battisti 1993-cü ildə İtaliyada ömürlük həbs cəzasına məhkum edilmişdi. 2002-ci ilədək o, Fransada yaşamış, sonra isə ekstradisiya edilməkdən qorxaraq, Braziliyaya qaçmışdır.

Digər xəbərlər