PDF Oxu

Dünya

  • 9

Pakistanın sərhəd ərazisi bombardman edilib

Pakistanın sərhəd ərazisi bombardman edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Amerikanın pilotsuz uçan aparatı Pakistan silahlılarının mövqelərinə aviasiya zərbələri endirmişdir. Yerli hakimiyyət dairələrinin məlumatına görə, uçan aparat Əfqanıstanla sərhəddə yerləşən Cənubi Vəziristan əyalətinin Şanahor kəndinə iki raket zərbəsi endirmişdir.
Amerika kəşfiyyatının məlumatına görə, bu kənddə "Taliban" silahlıları sığınmışdır. Aviazərbə nəticəsində ən azı dörd nəfər öldürülmüş, beş nəfər isə yaralanmışdır. Yüksək vəzifəli Pakistan ordusunun zabiti hadisəni bu cür şərh etmişdir: "ABŞ-ın pilotsuz təyyarələrinin bombardman etdiyi sığınacaqlarda "Taliban" hərəkatı silahlıları gizlənmişdi. Ancaq aviasiya zərbəsinin endirilməsinin səbəbi qaranlıq olaraq qalmaqdadır. Bilmək olmur ki, bu zərbə maddi obyektlərə doğru istiqamətlənmişdi, yoxsa, xarici ölkələrdən tutulub gətirilmiş muzdurlar hədəfdə olmuşdu."
Amerikanın pilotsuz uçan təyyarələri Əfqanıstanla həmsərhəd olan Pakistan ərazisinə, mütəmadi olaraq, aviasiya zərbələri endirirlər. Yalnız 2008-ci ildə bu əraziyə 32 aviasiya zərbəsi endirilmişdir. Qurbanların çoxu dinc sakinlər olmuşlar. Ancaq Pakistan taliblərinin lideri Beytulla Məhsud da bu cür aviazərbələrdən sonra öldürülmüşdür.

Digər xəbərlər