PDF Oxu

Dünya

  • 9

Qordon Braun Əfqanıstanda müharibənin qurtarması planını müzakirə etməyi təklif edib

Qordon Braun Əfqanıstanda müharibənin qurtarması planını müzakirə etməyi təklif edib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Böyük Britaniyanın baş naziri Qordon Braun belə bir bəyanat vermişdir ki, Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri 2010-cu ildən ölkənin müəyyən rayonlarında yerli hakimiyyətlə birgə fəaliyyət göstərərək, nəzarəti öz üzərinə götürəcəkdir. Bəyanat London Sitisinin yeni lord-merinin inauqurasiya mərasiminə həsr edilmiş təntənəli banketi zamanı verilmişdir. Q.Braun 2010-cu ilin əvvəllərində Böyük Britaniyanın paytaxtında Əfqanıstan üzrə xüsusi konfrans yaratmağı təklif etmişdir. "Yaradılmış bu konfrans ölkə ərazisini bütövlükdə əfqanıstanlıların nəzarəti altına verilməsini müəyyənləşdirməlidir. Mümkün olsa, 2010-cu ilin əvvəllərində prosesin nizamlanma qaydasını müəyyənləşdirərdik" - deyə baş nazir bəyan etmişdir.
Q.Braunun dediyinə görə, 2010-cu ildə Əfqanıstanın bəzi rayonlarını Əfqanıstan hökumətinin tam nəzarəti altına vermək olar. Onun fikrincə, beynəlxalq kontingent o zaman vətənə dönə bilər ki, Əfqanıstan hökuməti öz xalqının təhlükəsizliyini təmin etmək iqtidarında olsun. Britaniya naziri ümid etdiyini bildirmişdir ki, NATO ölkələri Əfqanıstan kampaniyasını başa çatdırmaq məqsədilə bu ölkə ərazisində hərbi kontingentin artırılması təşəbbüsünü dəstəkləyəcəkdir. O, Britaniya ordusunun 2011-ci ildən tez olmayaraq, Əfqanıstan ərazisindən çıxarılacağını bildirmişdir.
2001-ci ildə Əfqanıstanda hərbi əməliyyat başlandıqdan sonra Böyük Britaniya ordusu 230 hərbi qulluqçu itirmişdir. Müşahidəçilərin fikrincə, Britaniya cəmiyyətində Əfqanıstanda hərbi əməliyyatların uğurla başa çatacağına bədbinliklə yanaşırlar. Sosioloji rəy sorğularının nəticələrinə görə, ölkə əhalisinin əksəriyyəti Britaniya ordusunun tezliklə Əfqanıstan ərazisindən çıxarılmasını istəyir.

Digər xəbərlər