PDF Oxu

Dünya

  • 15

Sarkozi İsraillə Suriyanı barışdırmağa girişib

Sarkozi İsraillə Suriyanı barışdırmağa girişib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa prezidenti Nikolya Sarkozi təmsilçisi olduğu ölkənin İsrail və Suriya arasında aparılacaq danışıqlarda vasitəçilik etməyə hazır olduğunu bildirmişdir. O, bu bəyanatını Səudiyyə Ərəbistanına səfəri çərçivəsində vermişdir. Fransa prezidenti hər iki dövlət başçısını öz vasitəçiliyi ilə danışıqlara çağırdığını bildirmişdir. N.Sarkozinin fikrincə, Yaxın Şərqdə sülh prosesinin dondurulması ekstremist qüvvələrin alətinə çevrilməməsi üçün tezliklə dialoqu bərpa etmək lazımdır.
Türkiyənin "Today Zaman" qəzetinin məlumatına görə, N.Sarkozi Suriya-İsrail danışıqlarında vasitəçilik edən Türkiyənin yerini tutmağa can atdığı bir vaxtda Suriya lideri Bəşər Əsəd Fransa prezidentinin təşəbbüsündən qətiyyətlə imtina etmişdir. 2007-ci ildə Türkiyə-İsrail və Suriya arasında olan mübahisəli Holan yüksəkliyi məsələsi haqda danışıqları bərpa etmək istəmişdi. 1967-ci ilə qədər bu yüksəklik Suriyanın tərkib hissəsi idi. Ancaq Altıgünlük müharibədən sonra bu ərazi İsrail tərəfindən işğal edilmişdir.
Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar 2009-cu ilin əvvəllərində İsrailin Qəzza bölgəsi ərazisində apardığı hərbi əməliyyatlardan sonra iflasa uğramışdı. Dəməşq belə bir bəyanatla çıxış etmişdi ki, İsrail hökumətinin əməliyyat apardığı bir vaxtda danışıqları davam etdirmək istəmir. İsrailin baş naziri Binyamin Netaniyaqu dəfələrlə bəyan etmişdir ki, B.Əsədlə "istənilən vaxt istənilən yerdə" görüşməyə hazırdır.

Digər xəbərlər