PDF Oxu

Dünya

  • 8

Medvedev Kremldəki Naməlum Əsgərin Məzarının statusunu dəyişib

Medvedev Kremldəki Naməlum Əsgərin Məzarının statusunu dəyişib
Rusiya prezidenti Dmitri Medvedev Aleksandrovsk bağından köçürülərək, Kremlin divarları önündə qoyulmuş Naməlum Əsgərin Məzarının ümummilli memorial adlandırılması haqda müvafiq sərəncam imzalamışdır. Bundan sonra bu abidə ölkənin qiymətli mədəni abidələri siyahısına düşəcəkdir. Prezident hökumətə tapşırıq vermişdir ki, 2010-cu ilin yanvarınadək abidənin yaxşı saxlanması üçün vacib olan işləri görsün.
Naməlum əsgərin cənazəsi 1966-cı ilin dekabrında Leninqrad şossesindəki qardaşlıq qəbiristanlığından Moskvanın mərkəzinə köçürülmüşdür. 1967-ci ilin 8 mayında Aleksandrovsk bağındakı yeni qəbiristanlıqda Naməlum Əsgərin Məzarı adını almış memorial ucaldılmışdır.

Digər xəbərlər