PDF Oxu

Dünya

  • 13

ABŞ BCM ilə əməkdaşlığı bərpa edəcək

ABŞ BCM ilə əməkdaşlığı bərpa edəcək
"Vaşinqton Post" qəzetinin yazdığına görə, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) konfransında iştirak edəcəkdir. Bu cür qərarın qəbul edilməsi ABŞ-ın keçmiş kursdan üz döndərdiyinə dəlalət edir. Corc Buş administrasiyası BCM ilə əməkdaşlıq etməkdən tamamilə imtina etmişdi. Hərbi cinayət məsələləri ilə məşğul olan Stiven Rapp Birləşmiş Ştatların BCM ilə yenidən əməkdaşlığa qayıdacağını bildirmişdir. Onun dediyinə görə, gələcəkdə ABŞ BCM-nin üzvü olmayacaqdır. Bu isə, o mənanı verir ki, beynəlxalq məsələlər üzrə prokuror ABŞ-ın hərbi qulluqçularını məhkəməyə cəlb edə bilməyəcəkdir.
18-26 noyabrda BMC-nin Haaqada keçiriləcək konfransında S.Rapp Dövlət Departamentinin hüquq məsələləri üzrə müşaviri Harold Koxla birlikdə ABŞ nümayəndələrinə başçılıq edəcəkdir. BCM tərəfdarları Barak Obama administrasiyasının bu qərarını alqışla qarşılamışlar. Onlar bu qərarda Vaşinqtonun beynəlxalq sahədə əməkdaşlıq təzahürlərinə hazırlıq amili görmüşlər.
BMT strukturlarına daxil olmamaqla BCM 2001-ci ildə yaradılmışdır və 2002-ci ildən etibarən dünyanın 110 dövlətinin ratifikasiya etdiyi Roma statusu əsasında işləyir. BCM-nin kompetensiyasında üç növ cinayətin adı çəkilir: soyqırımı, bəşəriyyət əleyhinə cinayətlər və hərbi cinayətlər. Roma statusu 2000-ci ildə Bill Klinton administrasiyası tərəfindən imzalanmışdı. Birtərəfli xarici siyasət yürüdən Corc Buş administrasiyası üçün BCM yuristikasiyası qəbuledilməz idi.

Digər xəbərlər