PDF Oxu

Dünya

  • 8

Əfqanıstanda korrupsiya üzrə mübarizə idarəsi yaradılıb

Əfqanıstanda korrupsiya üzrə mübarizə idarəsi yaradılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Əfqanıstan hökuməti korrupsiya ilə məşğul olacaq yeni təşkilat yaratmışdır. Ölkənin daxili işlər naziri Məhəmməd Hənif Atmarın verdiyi bəyanata görə, yeni yaradılmış heyət ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB), İngiltərənin Skotland-Yardı və Avropa polis idarəsi ilə əməkdaşlıq edəcəkdir.
ABŞ-ın dövlət katibi Hillari Klinton yaxın günlərdə Əfqanıstanda olarkən demişdir ki, korrupsiya ilə mübarizə Vaşinqton və Kabulun gələcək mülki əməkdaşlıq sahəsində inkişafının vacib şərtidir. H.Klinton Əfqanıstan hökumətini korrupsiya əleyhinə komissiya yaratmağa çağırıb, son 8 il ərzində dövlətə edilmiş yardımlar hesabına yaşayanları məsuliyyətə cəlb etməyə məsləhət görmüşdü. Onun dediyinə görə, ABŞ tərəfindən gələcəkdə Həmid Karzayın dəstəklənməsi hökumətin korrupsiya əleyhinə mübarizəyə başlayacağından sonra mövcud olacaqdır.
Əfqanıstanda korrupsiyanın genişlənməsi hökumətin öz işini qeyri-effektiv tərzdə qurması ilə əlaqədardır. Cari ilin əvvəlində belə bir xəbər yayılmışdı ki, Həmid Karzay digər ölkələrin göndərdikləri vəsaiti mənimsəyir.

Digər xəbərlər