PDF Oxu

Dünya

  • 14

Avropa Birliyi Abxaziya və Cənubi Osetiyanı peyk vasitəsilə izləyəcək

Avropa Birliyi Abxaziya və Cənubi Osetiyanı peyk vasitəsilə izləyəcək
"Vremya Novostey" qəzetinin yazdığına görə, Avropa Birliyi Abxaziya və Cənubi Osetiyanı peyk vasitəsilə kosmosdan izləməyi nəzərdə  tutmuşdu. Bununla da, Avropa Birliyi bu ərazilərdə öz müşahidəçilərinin missiyalarının effektivliyini yüksəltmək məqsədi güdür. Qəzetin məlumatına görə, Avropa Birliyinə peyk xidmətindən istifadə etməyi bir neçə ay əvvəl Gürcüstan təklif etmişdi. Tbilisidə belə hesab edirlər ki,  bu cür monitorinqin aparılması konflikt zonasında qarşıdurmanın azalmasına xidmət edərdi.
Son vaxtlar Cənubi Osetiya sərhədində Gürcüstan vətəndaşları saxlanılmışdır. Sxinvalidə təsdiq edirlər ki, həmin şəxslər sərhədi pozmuşdur. Gürcüstan hökuməti isə həmin şəxslərin Cənubi Osetiya güc strukturları və Rusiya hərbçiləri tərəfindən oğurlandıqlarını bildirmişdir.
Abxaziya XİN başçısı Sergey Şambanın dediyinə görə, Avropa Birliyi peyk vasitəsilə Rusiya ordusunun yer dəyişməsini müşahidə edəcəkdir. Avropa Birliyi müşahidə missiyasının başçısı Hans-Yorq Xaber məsələyə münasibət bildirərək demişdir ki, sputnik hər cür ordu yer dəyişməsini və tikinti işlərini olduğu kimi müşahidə edəcəkdir.

Digər xəbərlər