PDF Oxu

Dünya

  • 8

İtaliya AB-yə ABŞ və Çindən vahid ordu ilə qorunmağı təklif edib

İtaliya AB-yə ABŞ və Çindən vahid ordu ilə qorunmağı təklif edib
İtaliyanın xarici işlər naziri Franko Frattini noyabrın 15-də "Tayms" qəzetinə verdiyi müsahibədə belə bir bəyanat vermişdir ki, onun təmsilçisi olduğu ölkə noyabrın 19-da keçiriləcəyi nəzərdə tutulan Avropa Birliyinin sammitində vahid Avropa ordusunun yaranması ideyasını dəstəkləyəcəkdir.
Nazirin fikrincə, Lissabon Müqaviləsinin qəbulu ərəfəsində Avropa Birliyinin vahid silahlı qüvvələrə malik olması məntiqi olardı. Nazir belə hesab edir ki, Avropanın inteqrasiyası, yəni gömrük baryerlərinin aradan qaldırılması və vahid valyuta zonasına keçirilməsi ümumi müdafiə siyasətini formalaşdırmağa zəmin yaradır. F.Fratti qeyd etmişdir ki, ABŞ və Çinin "Böyük ikilik" adı altında strateji əməkdaşlıq əlaqəsi yaradaraq, Atlantik alyansı Sakit okean alyansı ilə əvəz etməsi Avropa Birliyinə əsas verir ki, onunla hesablaşmaları üçün bütün ehtiyatlarını cəmləşdirsin. O, belə hesab edir ki, vahid ordunun olması Avropa Birliyinin ABŞ-la təşkilati məsələlərinin həllini yüngülləşdirmiş olardı. İtaliya nazirinin fikrincə, Avropa Birliyi, ilk növbədə, özünün hərbi-dəniz donanması və hərbi- hava qüvvələrini yaratmalıdır.
Hazırda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri ilə qurumun hərbi komitəsi məşğul olur. Komitəyə 27 Avropa ölkəsinin müdafiə nazirləri daxildir və onların Brüsseldə daimi nümayəndəliyi vardır. Noyabrın 6-da həmin komitənin başçısı İsveç generalı Hakan Siren olmuşdur. Fevralın 20-də Avropa Parlamenti Avropa Birliyinin təcili təsir qüvvələrini yaratmaq təklifinə səs vermişdi. Bu gün silahlı qüvvələrin yaranması ABŞ-ın böyük nüfuzu olduğu NATO-dan müstəqil olmaq meyili ilə əlaqədardır.

Digər xəbərlər