PDF Oxu

Dünya

  • 8

İsrail fələstinliləri Qərb sahilinin bir hissəsini alacağı ilə qorxuzub

İsrail fələstinliləri Qərb sahilinin bir hissəsini alacağı ilə qorxuzub
İsrailin milli infrastruktur naziri Uzi Landau və nəqliyyat naziri İsrael Katsın "Haaretz" qəzetinə verdikləri məlumata görə, hökumət birtərəfli qaydada Fələstin hökumətinin müstəqilliyi uğrunda deklarasiyanın qəbul ediləcəyi təqdirdə, yəhudilərin məskunlaşmış olduqları Qərb sahilinin bir hissəsini ələ keçirəcəkdir.
U.Landau bu bəyanatı noyabrın 16-da vermişdir. Onun dediyinə görə, müstəqillik haqqında deklarasiyanın qəbul edilməsi İsrailin icazəsi olmadan həyata keçirilə bilməz. Nazir o zaman İsrail hökumətinin yəhudilərin məskunlaşmış olduqları bütün Fələstin ərazilərində mülki və hərbi nəzarəti öz üzərinə götürəcəyini bildirir. Onun fikrincə, birtərəfli qaydada deklarasiyanın qəbul edilməsi Fələstin və İsrail arasında danışıqların davam etdirilməsini sual altına alardı.
Noyabrın 15-də Fələstin nümayəndələrinə başçılıq edən Saeb Ereka İsrail nümayəndəliyi ilə görüşündə təmsilçisi olduğu tərəfin danışıqların gedişindən narahat olduğunu bildirmişdi. O demişdir ki, Fələstin administrasiyası BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək, İsrailin icazəsi olmadan müstəqil ərəb dövlətinin yaradılmasını dəstəkləməyi xahiş edəcəkdir. Fələstinin baş naziri Salam Fəyyadın dediyinə görə, hazırda bütün dövlət institutlarının mövcud olduğu bir vaxtda Fələstin dövlətinin müstəqilliyi haqqında deklarasiyanın qəbul edilməsi formal xarakter daşıyacaqdır. Baş nazir belə hesab edir ki, Fələstin dövləti Yerusəlim paytaxt hesab edilməklə, 1967-ci il sərhədləri hüdudunda yaradılmalıdır.

Digər xəbərlər