PDF Oxu

Dünya

  • 6

“İda” qasırğası Salvadorda 192 nəfərin həyatına son qoyub

“İda” qasırğası Salvadorda 192 nəfərin həyatına son qoyub
"Frans Press" informasiya agentliyinin noyabrın 16-da yaydığı məlumata görə, "İda" qasırğası nəticəsində Salvadorda yaranmış daşqın və sürüşmə 192 nəfərin həyatına son qoymuşdur. Bir gün əvvəl, təbii fəlakətdən 184 nəfərin öldüyü bildirilirdi.
Yerli hakimiyyət dairələrinin məlumatına görə, daha çox ölüm hadisəsi San-Visente departamentində qeydə alınmışdır. Burada təbii fəlakətdən ölənlərin sayı 99 nəfər olmuşdur. Mərkəzi San-Salvador departamentində ölənlərin sayı 64 nəfər olmuşdur. La-Pas, La-Libertad və Kuskatlan departamentlərində həlak olanların sayı, müvafiq olaraq, 14, 14 və 11 olmuşdur.
Rəsmi məlumata görə, 80 nəfərə yaxın adamın itkin düşdüyü ehtial edilir. 14 min nəfərdən çox adam evsiz-eşiksiz qalmışdır. Salvador prezidenti Maurisio Funes qasırğadan zərər çəkənlərə ərzaq və tibb ləvazimatı paylanması haqda göstəriş vermişdir. Bu genişmiqyaslı əməliyyatda ölkə ordusunun hərbi qulluqçuları iştirak edirlər.

Digər xəbərlər