PDF Oxu

Dünya

  • 11

Pakistanda 13 nəfər həlak olub

Pakistanda 13 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 13-də Pakistanın şimali-qərb əyalətində baş vermiş terror aktı nəticəsində ən azı 13 nəfər həlak olmuşdur.
İlk partlayış Pişəvər şəhərində Pakistan kəşfiyyatının binası yaxınlığında  baş vermişdir. Nəticədə 10 nəfər həlak olmuş, 35 nəfər yaralanmışdır. Xəsarət alanların əksəriyyəti mülki şəxslər olmuşdur. Kəşfiyyat xidmətinin binası tamamilə dağıdılmışdır. Dəqiqləşdirilmiş məlumata görə, partlayış avtomobilin içərisinə bərkidilmiş partladıcı qurğunun kamikadzenin işə salması ilə törədilmişdir. İkinci partlayış Bannu əyalətinin paytaxtı Bannu şəhərində törədilmişdir. Kamikadze partlayıcı qurğunu polis məntəqəsi yaxınlığında işə salmışdır. Nəticədə 3 nəfər həlak olmuş, 12 nəfər yaralanmışdır.
Oktyabrın ortalarında Pakistanın şimali-qərb əyalətində mütəmadi olaraq partlayışlar törədilir. Hökumət qoşunları "Taliban"ın mövqelərinə genişmiqyaslı hucum əməliyyatı keçirdikdən sonra qarşıdurma daha da güclənmişdir.

Digər xəbərlər