PDF Oxu

Dünya

  • 13

Şimali Koreya diplomatının cəsədi Çində tapılıb

Şimali Koreya diplomatının cəsədi Çində tapılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Şimali Koreyanın Çinin Şenyan şəhərindəki konsulluğunun əməkdaşının meyiti şəhər ərazisində tapılmışdır. 30 yaşlı diplomatın meyiti oktyabrın 30-da aşkar olunsa da, məlumat mətbuata indi yayılmışdır. Bu haqda əlavə şərh verilmir. Adı çəkilməyən diplomat oktyabrın əvvəllərində yoxa çıxmışdı. Onun itkin düşməsi haqda yayılan ehtimallardan biri diplomatın Şimali Koreyadan qaçması kimi xarakterizə edilmişdi. Agentliyin məlumatına görə, Çinin hakimiyyət dairələri diplomatın ölümünün təhqiqatını aparır. Hazırda Cənubi Koreyada Şimali Koreyadan qaçmış 18 min nəfərə yaxın qaçqın yaşayır. Çində isə Şimali Koreya qaçqınları az olsa da, onların dəqiq sayı haqda məlumat verilmir.

Digər xəbərlər