PDF Oxu

Dünya

  • 8

NATO əsgərlərini nasist rəmzləri gəzdirdikləri üçün istefaya göndəriblər

NATO əsgərlərini nasist rəmzləri gəzdirdikləri üçün istefaya göndəriblər
Çexiya elitar hərbi hissəsinin iki zabiti kaskalarında nasist rəmzləri gəzdirdiklərinə görə silahlı qüvvələrdən tərxis edilərək, istefaya göndərilmişlər. Çexiyanın müdafiə naziri Martin Bartakın dediyinə görə, hərbi qulluqçular Yan Çermak və Gineq Matonax ordu sıralarından çıxarılmış, onların komandiri Pyotr Proxoska isə tutduğu vəzifədən kənarlaşdırılmışdır.
Noyabrın 6-da hələ qalmaqal baş verməmiş, Çexiyanın müdafiə naziri Y.Matonaxı Əfqanıstandan qayıtmaları ilə əlaqədar mükafatlandırılmışdı. Həmin şəxslərin Hitler ordusu rəmzlərini gəzdirməsi bir müddət sonra Əfqanıstanda işləmiş bir Çexiya polisi tərəfindən mətbuatda dərc edilmişdi. M.Batrakın dediyinə görə, ordu sıralarında ekstremizm təzahürləri əleyhinə ciddi ölçülər götürüləcəkdir.

Digər xəbərlər