PDF Oxu

Dünya

  • 12

Ukraynada 213 nəfər qrip virusunun qurbanına çevrilib

Ukraynada 213 nəfər qrip virusunun qurbanına çevrilib
Ukraynanın Səhiyyə Nazirliyinin saytında yerləşdirilən məlumata görə, bu ölkədə ORVİ qrip virusundan 213 nəfər həlak olmuşdur. Ölümlə nəticələnən daha çox infeksion xəstəlik Lvov vilayətində qeydə alınmışdır. Burada 81 nəfər epidemiyanın qurbanına çevrilmişdir. Saytdakı məlumata görə, son sutka ərzində ölkədə bu xəstəlikdən 24 nəfər həlak olmuşdur.
Noyabrın 11-nə olan məlumata görə, xəstələnənlərin ümumi sayı 1 milyon 192 min 481 nəfərdir. Xəstəxanalara 62462 xəstə yerləşdirilmişdir ki, onlardan 4 min nəfərdən çoxu son bir neçə sutka ərzində xəstəxanalara gətirilmişdir. 350 nəfər reanimasiyaya yerləşdirilmişdir.
Qeyd etmək istərdik ki, oktyabrın 30-da Ukraynada "donuz qripi" epidemiyasının yayılması haqda məlumat verilmişdir. Noyabrın 9-na olan məlumata görə, "donuz qripi"ndən ölənlərin sayı 14 nəfərdir.

Digər xəbərlər