PDF Oxu

Dünya

  • 11

Pakistanın şimali-qərbində 25 nəfər həlak olub

Pakistanın şimali-qərbində 25 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanın şimali-qərb sərhəd əyalətinin Çarsad şəhərində içərisinə partlayıcı qurğu bərkidilmiş avtomobilin partladılması nəticəsində 25 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır. Həlak olanlar arasında 6 uşaq və 2 qadın olmuşdur. Yaralanlar içərisində 6 nəfərin vəziyyəti ağır olduğundan, onlar Peşəvər şəhərinin xəstəxanasına göndərilmişdir.
Çarsad şəhərinin qələbəli küçələrindən birində kamikadze avotomobilə bərkidilmiş partladıcı qurğunu işə salmışdır. Şahidlərin dediklərinə görə, partlayış dalğası yaxınlıqdakı mağazaların binalarına zərər vurmuş və ticarət piştaxtalarını süprüb atmışdır. Şəhər polisinin məlumatına görə, xəsarət alanların hamısı dinc şəhər sakinləri olmuşdur. Fəaliyyətdə olan heç bir terrorçu qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməmişdir.
Bir neçə gün əvvəl elə bu əyalətin Azadi məntəqəsinin Peşəvər yaxınlığındakı bazarında kamikadze partlayış törətmişdi. 20 nəfərin öldürüldüyü bu terror aktının məsuliyyətini "Taliban" hərəkatı öz üzərinə götürmüşdü. Oktyabrın 28-də Peşəvərin bazarlarından birində baş vermiş genişmiqyaslı terror aktı nəticəsində 100 nəfərdən çox adam həlak olmuşdu. Oktyabrın ortalarında Pakistan hökuməti "Taliban"ın mövqelərinə hücum təşkil etmişdi. Bu hücumda 30 min nəfərə yaxın hökumət qoşunlarının əsgərləri iştirak edirdi.

Digər xəbərlər