PDF Oxu

Dünya

  • 12

TSAXAL Livanda on minlərlə raket olduğunu bildirir

TSAXAL Livanda on minlərlə raket olduğunu bildirir
"Haaretz" qəzetinin yazdığına görə, TSAXAL baş qərargahının rəisi Qabi Aşkenazinin verdiyi bəyanata görə, "Hizbullah" Livan islam hərəkatının arsenalında İsrailin Təl-Əviv və Yerusəlim mərkəzi şəhərlərinə çata biləcək uçuş məsafəsi 300 kilometrədək olan raketlər vardır. Həmin raketlər İsrailin Dimon şəhəri yaxınlığında yerləşən nüvə rektoruna da xətər toxundura bilər. "İsrail sərhədlərində hiss edilən sakitlik düşmənin hücuma hazırlaşdığından xəbər verir" deyə Q.Aşkenazi bildirmişdir. Onun dediyinə görə, Livanda bu cür raketlər "on minlərlə"dir.
Qəzet əvvəllər yazırdı ki, Livan İrandan uçuş məsafəsi 200 kilometrədək olan "Zazel-2" raketləri almışdır. O vaxt İsrail mətbuatı yazırdı ki, həmin raketlər Təl-Əviv hüdudlarına çata bilər. O zamanlar "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah İsrailin Beyrutu bombardman edəcəyi təqdirdə, Təl-Əvivə raket zərbəsi endirəcəyi ilə hədələmişdir. 2006-cı ilin yayında İsraillə Livan arasında silahlı konflikt baş verdikdən sonra tərəflər bir-birinin ərazisinə raket zərbəsi endirməyə başlamışdılar. O vaxtdan yaranan gərgin vəziyyət hələ də qalmaqdadır.

Digər xəbərlər