PDF Oxu

Dünya

  • 12

Hindistan kəşfiyyatı ABŞ-da həbs edilmiş terrorçuları dindirə bilməyib

Hindistan kəşfiyyatı ABŞ-da həbs edilmiş terrorçuları dindirə bilməyib
"Tayms of İndia" qəzetinin yazdığına görə, Hindistanın xüsusi xidmət orqanı əməkdaşları ABŞ-da terror aktı törətməkdə şübhəli bilinən iki kişini sorğu-suala tutmağa nail olmamışlar. Onlar ABŞ-da keçirdikləri 9 gün ərzində həmin məhbusların saxlandıqları həbsxanaya yol tapa bilməmişlər. Qəzet belə hesab edir ki, noyabrın 1-də Vaşinqtona gəlmiş Hindistanın xususi xidmət orqanı əməkdaşları bürokratik əngəl nəticəsində öz vəzifələrini yerinə yetirə bilməmişlər. Noyabrın 8-də onlar ABŞ ərazisini tərk etməyə məcbur olmuşlar. Terrorçuluqda suçlu bilinən həmin şəxsləri Federal Təhqiqat Bürosunun əməkdaşları Çikaqoda həbs etmişlər. Müstəntiqlərin gəldikləri qənaətə görə, 49 yaşlı ABŞ vətəndaşı Devid Koman Xedli və 48 yaşlı Kanada təbəəsi Tahavur Hüseyn Rana ABŞ hüdudlarından kənarda terror aktı törətmək istəyirdilər. Qəzetin qeydinə görə, şübhəli şəxslər Nyu-Dehli şəhərinin Milli Müdafiə Kollecində, eləcə də, Dehradun və Masuri şəhərlərinin iki məktəbində terror aktı törətməyi planlaşdırırmışlar. Belə ehtimal olunur ki, həbs olunanlardan biri (Xedli) "Əl-Kaidə" ilə əlaqədə olan "Ləşkər-i-Teybə" islam qruplaşmasının üzvüdür.

Digər xəbərlər