PDF Oxu

Dünya

  • 9

Barak Obama Asiya turnesini təxirə salıb

Barak Obama Asiya turnesini təxirə salıb
"Röyter" informasiya agentliyinin Amerika prezidenti administrasiyasına əsaslanaraq, yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Asiya ölkələrinə rəsmi səfərini təxirə salmışdır.
Başlıca səbəb onun Texas ştatındakı hərbi bazadakı kütləvi qətillərlə əlaqədar qurbanların xatirəsini yadetmə mərasimində iştirak etmək istəməsidir. Haqqında söhbət gedən Fort-Xud hərbi bazasında 13 nəfər həlak olmuş, qətli törədən zabit isə yaralanmışdır. Hərbi psixiatr olan mayor Nidal Malik Həsən İraq və Əfqanıstana yola salınmamışdan əvvəl hərbi baxışdan keçən əsgərlərə atəş açmışdır. Məlumata görə, mayorun özü Əfqanıstana ezamiyyətə getməyə hazırlaşırdı. Belə ehtimal olunur ki, o, radikal islam qruplaşmalardan biri ilə sıx bağlıdır. Həkim-zabitin radikalyönümlü məscidlərə getdiyi haqda məlumatlar da səsləndirilməkdədir.
B.Obamnın Asiya turnesi noyabrın 11-də başlanmalı və Yaponiya, Sinqapur, Çin və Cənubi Koreya ölkələrini əhatə etməli idi. Bu səfər noyabrın 13-nə keçirilmişdir. Fort-Xud hərbi bazasındakı matəm mərasimi noyabrın 12-də Killin şəhəri yaxınlığında keçiriləcəkdir.

Digər xəbərlər