PDF Oxu

Dünya

  • 12

Yuşşenkonun Katibliyi Timoşenkonun Putinə donos verməkdə ittiham edib

Yuşşenkonun Katibliyi Timoşenkonun Putinə donos verməkdə ittiham edib
"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna prezidentinin nümayəndəsi Boqdan Sokolovski Moskvanın Rusiya qazının Kiyevdən tranzit olunaraq Avropaya ötürülməsinin dayandırılması imkanı haqqındakı bəyanatını əsassız hesab etdiyini bildirmişdir. Onun dediyinə görə, Rusiya rəsmiləri, Ukraynanın baş naziri Yuliya Timoşenkonun "siyasi donos"larına əsaslanaraq, Qərb partnyorlarına yalan informasiyalar ötürürlər.
Oktyabrın axırlarında kütləvi informasiya vasitələrində belə bir xəbər yayılmışdır ki, "Naftoqaz Ukrainı"nın Rusiya qazına borcunu ödənməsi üçün vəsaiti yoxdur. Sonralar Y.Timoşenkonun V.Putinə şikayət etməsi müəyyən edilmişdir. Məlum olmuşdu ki, o, rusiyalı həmkarına Viktor Yuşşenkonun oktyabr ayına olan qaz borcunu ödəmək istəmədiyini bildirib. Bundan sonra V.Putin Rusiya qazının pulunu ödəməyən V.Yuşşenkonu ittiham etmişdi.
Rusiyanın baş naziri Avropa Birliyinə müraciət edib, qurum rəhbərliyini Ukraynaya milyard dollar borc verməyə çağırmışdır. Büressel rəsmiləri isə cavab vermişdilər ki, Kiyevə Rusiya tranzit qazının pulunu ödəməsi üçün kredit ayırmağa borclu deyillər. Nəticədə, noyabrın 6-da Kiyev Moskvaya borclu olduğu oktyabr qazının 460 milyon dollarını "Qazprom"a ödəmişdir.

Digər xəbərlər