PDF Oxu

Dünya

  • 4

Sudan prezidenti həbs ediləcəyindən qorxaraq Türkiyəyə gəlmədi

Sudan prezidenti həbs ediləcəyindən qorxaraq Türkiyəyə gəlmədi
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, beynəlxalq axtarışda olan Sudan prezidenti Ömər əl-Bəşir Türkiyəyə səfər etməkdən imtina etmişdir. Rəsmi məlumata görə, səfərdən imtina etməyin başlıca səbəbi əl-Bəşirin iş qrafikinin sıx olmasıdır.
Guya bu səbəbdən əl-Bəşir noyabrın 9-da İstanbul şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının yığıncağında iştirak etməmişdir.
"Frans Press" agentliyinin, adının çəkilməsini istəməyən yüksək vəzifəli bir türk diplomatının əl-Bəşirin İstanbula gəlməsinin başqa səbəbinin olduğunu bildirmişdir. Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı olan həmin anonim şəxsin izahına görə, Avropa Birliyi Türkiyə hökumətindən xahiş etmişdir ki, Haaqa Beynəlxalq Tribunalı tərəfindən axtarışda olan Sudan prezidentini ya qəbul etməsin, ya da ölkə ərazisinə girən kimi həbs etsin. Anonim şəxsin dediyinə görə, Sudanda Türkiyənin bu təklifinə anlaşıqla yanaşılmışdır.
2009-cu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi, Ömər əl-Bəşirin hakimiyyəti dövründə 2003-cü ildə Sudanın Darfur əyalətində baş vermiş pozuntular nəticəsində, 200 min nəfərin ölümü ilə əlaqədar prezidentin həbs olunması haqda order vermişdir. Əl-Bəşir Beynəlxalq Cinayət Məhkəməsinin həbs etmək istədiyi ilk fəaliyyətdə olan dövlət başçısı olmuşdur. Məhkəmənin baş prokurorunun məlumatına görə, əl-Bəşir əhalini gülləbaran etdirmişdir. Ancaq Sudan hökuməti belə hesab edir ki, Darfur qarmaqarışıqlığında ölənlərin sayı 10 min nəfərdən azdır.
Məlum order məsələsindən sonra, beynəlxalq humanitar təşkilatların əməkdaşlarının böyük əksəriyyəti Sudan ərazisindən qovulmuşdur. Avropa Birliyi Sudan prezidentini müdafiə etmiş və hazırkı şəraitdə onun həbsinin genişmiqyaslı böhranla nəticələnə biləcəyini bəyan etmişdir. Beynəlxalq orderin imzalanmasına baxmayaraq, əl-Bəşir Eriteriya və Misirə rəsmi səfər etmişdir.

Digər xəbərlər