PDF Oxu

Dünya

  • 14

Ukraynada 150 nəfərdən çox adam qrip epidemiyasından vəfat edib

Ukraynada 150 nəfərdən çox adam qrip epidemiyasından vəfat edib
"İnterfaks" informasiya agentliyinin Ukraynanın Səhiyyə Nazirliyinə əsaslanaraq, yaydığı məlumata görə, noyabrın 9-dək qrip virusuna yoluxmuş 155 nəfər dünyasını dəyişmişdir. Qrip virusuna yoluxmuş xəstələrin sayı isə, 960 min nəfərə çatmışdır. Onların 48 min nəfərindən çoxu xəstəxanalara yerləşdirilmişdir.
RİA "Novosti" agentliyinin məlumatına görə, "donuz qripi" virusu Ukraynanın onlarla əhalisində müşahidə edilmişdir. Dövlət baş sanitar həkimi Aleksandr Belovolun dediyinə görə, "donuz qripi" virusundan ölənlərin sayı 14 nəfərdir.
H1N1 virusu epidemiyası Ukraynada oktyabrın 30-da başlamışdır. Bununla əlaqədar ölkənin 9 vilayətində karantin elan edilmişdir. "Kommersant-Ukraina" qəzetinin məlumatına görə, Çerkassı və Kirovoqrad şəhərlərində də karantin tətbiq edilmişdir. Ölkədə kütləvi tədbirlər və orduya çağırış dayandırılsa da, prezident seçkilərinin vaxtında keçiriləcəyi bildirilir. Məlum olduğu kimi, Ukraynada prezident seçkiləri 2010-cu ilin 17 yanvarında keçiriləcəkdir.

Digər xəbərlər