PDF Oxu

Dünya

  • 8

Uqo Çaves xalqı Kolumbiya ilə müharibəyə hazır olmağa çağırıb

Uqo Çaves xalqı Kolumbiya ilə müharibəyə hazır olmağa çağırıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves ölkə əhalisini qonşu Kolumbiya ilə müharibəyə hazır olmağa çağırmışdır. Özünün aparıcısı olduğu "Allo, prezident" televerilişində çıxış edərkən demişdir: "Gəlin, başlıca məqsədimizə çatmaq yolunda vaxtı itirməyək: müharibəyə hazırlaşaq və bu işdə əhaliyə kömək edək. Bu, hər birimizin vəzifəsidir." Venesuela prezidenti həm də demişdir ki, müharibəyə hazırlıq-müharibədən qaçmaq üçün ən yaxşı üslubdur. U.Çavesin bu bəyanatı Venesuela və Kolumbiya ilə münasibətlərin daha da gərginləşməsi ilə əlaqədardır. Bu münasibətlə növbəti dəfə 2009-cu ilin yayında pozulmuşdur. O vaxt Kolumbiya ABŞ-a ərazisində hərbi bazalar yaratmaq icazəsi vermişdi. U.Çaves bunu qonşu ölkənin Venesuelaya hərbi təcavüzü kimi qiymətləndirmişdi. Agentliyin məlumatına görə, noyabrın əvvəllərində Venesuela və Kolumbiya sərhədi faktik olaraq tamamilə bağlanmışdı. Bu, sərhəd yaxınlığında Venesuela Milli Qvardiyasının 2 əməkdaşının qətli ilə bağlı olmuşdur. U.Çaves bu cinayətdə ABŞ və Kolumbiyanı suçlamış və onların regionda gərginliyi artırdığını bildirmişdir. U.Çaves cari ilin avqustunda olacaq konflikt haqda əhalini qabaqcadan xəbərdar etmişdi. Həmin vaxt Kolumbiya hərbi hissələri Venesuela ərazisinə soxulmuşdu.

Digər xəbərlər