PDF Oxu

Dünya

  • 10

Yuşşenko Timoşenkonu qrip epidemiyasının yayıldığı bir vaxtda mitinq keçirməkdə ittiham edib

Yuşşenko Timoşenkonu qrip epidemiyasının yayıldığı bir vaxtda mitinq keçirməkdə ittiham edib
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna prezidenti Viktor Yuşşenko ölkənin baş prokurorluğuna müraciət edərək, qrip epidemiyası dövründə Kiyevdə keçirilmiş mitinq əleyhinə cinayət işi qaldırmağı xahiş etmişdir.
Ukrayna prezidenti belə hesab edir ki, oktyabrın 20-də epidemiya ilə əlaqədar məktəbin karantinə bağlanmasını xəstəliyin başlanğıcı hesab etmək olar. Buna baxmayaraq, oktyabrın 24-də Yuliya Timoşenko Bloku, Y.Timoşenkonun 2010-cu ilin yanvarında keçiriləcək prezident seçkilərində namizədliyini dəstəkləmək üçün, Kiyevin Müstəqillik Meydanında mitinq keçirmişdir. Ölkənin müxtəlif vilayətlərindən minlərlə adam mitinqə gəlmişdi. Onların arasında qrip epidemiyasının yayılmış olduğu regionların əhalisi də olmuşdu. V.Yuşşenko belə hesab edir ki, mitinqin keçirilməsi epidemiya təhlükəsinin güclənməsinə səbəb olub. O, bu səbəbdən, prokurorluqdan xahiş edirdi ki, Ukrayna və Kiyevin baş sanitar həkimləri və siyasi dividendləri naminə ambisiyalar irəli sürən hökumət məmurları məsuliyyətə cəlb edilsinlər.
"Liqa" qəzetinin məlumatına görə, Ukrayna prezidenti Y.Timoşenkonun tərəfdarlarının keçirdiyi mitinqi 1986-cı ildə Çernobıl qəzasından sonra Kiyevdə keçirilən 1 may nümayişi ilə müqayisə etmişdi.
Ukraynanın Səhiyyə Nazirliyinin saytında yazılan məlumata görə, noyabrın 4-dək 81 ölkə vətəndaşı qrip virusundan vəfat etmişdir. RİA "Novosti" isə ölənlərin sayının 86-93 arasında olduğunu bildirir.

Digər xəbərlər