PDF Oxu

Dünya

  • 7

Pakistanda silahlılar qız məktəbini partladıblar

Pakistanda silahlılar qız məktəbini partladıblar
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 5-də Pakistan terrorçuları Kiber vilayətində yerləşən bir kiçik qız məktəbini partlatmışlar. Bar şəhərində yerləşən bu ikimərtəbəli məktəbin zirzəmisinə radikal islamçılar 25-30 kq partlayıcı qurğu yerləşdirmiş və onu işə salmışlar. Həlak olan və xəsarət alanlar haqda məlumat verilmir.
Qız uşaqlarının məktəbə getməsini istəməyən radikal islamçılar bu cür məktəbləri tez-tez partladırlar. Bundan əvvəl onlar oktyabrın axırlarında vilayətin başqa bir məktəbinin 18 otağını partlayıcı qurğu ilə dağıtmışdılar. Həmin vaxt dörd nəfər yaralanmışdı. Son illərdə Pakistanda 200-ə yaxın məktəb partladılmışdır ki, onların əksəriyyəti qız məktəbləri olmuşdur.
Pakistan hökuməti radikal islamçılara qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirmək istəyir. Əvəzində, qarşı tərəf hakimiyyət dairələri və hərbçilərə qarşı yeni terror aktları ilə cavab verir. Terrorçular oktyabrda Ümumdünya Ərzaq Proqrammı təşkilatının İslamabaddakı mənzil-qərargahında terror aktı törətmişlər. Nəticədə 11 nəfər həlak olmuşdur. Bundan sonra BMT Pakistanın Şimali Qərbinə yönəldilmiş humanitar proqramı dayandırmağa məcbur olmuşdur.
"Röyter" agentliyinin məlumatına görə, ABŞ-ın hərbi-hava qüvvələrinə məxsus pilotsuz qırıcı təyyarə noyabrın 5-də Pakistan ərazisinə aviasiya zərbəsi endirmişdir. Nəticədə iki nəfər həlak olmuşdur. Hədəf kimi "Əl-Kaidə" və "Taliban" döyüşçülərinin sığındıqları Şimali Vəziristan regionu seçilmişdir. İlin əvvəlindən ABŞ-ın hərbi-hava qüvvələri silahlıların mövqelərinə 44 aviasiya zərbəsi endirmişdir. 2008-ci ildə isə bu əraziyə 32 dəfə raket atılmışdır.

Digər xəbərlər