PDF Oxu

Dünya

  • 8

“Frans Press”in müxbiri Tehranda saxlanılıb

“Frans Press”in müxbiri Tehranda saxlanılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, agentliyin müxbiri Fərhad Poladi İranın təhlükəsizlik xidməti əməkdaşları tərəfindən Tehranın mərkəzində saxlanılmışdır. Jurnalist Amerika diplomatik nümayəndəliyinin girovlarının ələ keçirilməsinin 30 illiyinə həsr edilmiş nümayiş aktını ABŞ səfirliyi binası yaxınlığında işıqlandırmaq istərkən yaxalanmışdır. Xatırladırıq ki, 1979-cu ilin 4 noyabrında İran tələbələri Amerikanın 66 diplomatını girov götürüb, bir il müddətində əllərində saxlamışlar. Nəticədə İran və ABŞ arasında diplomatik münasibətlər kəsilmişdir. Şahidlərin dediklərinə görə, motosikllə mitinqə gələn F.Poladi biri mülki geyimdə olan üç agent tərəfindən saxlanılmışdır. Onun mobil telefonunu əlindən alıb, naməlum istiqamətə aparmışlar. "Frans Press" agentliyi bu məsələ ilə əlaqədar İranın Mədəniyyət Nazirliyinə müraciət etsə də, F.Poladinin taleyi haqda heç bir məlumat əldə edilməyib. Xatırladırıq ki, İranda xarici ölkə jurnalistlərinin işini məhz İranın Mədəniyyət Nazirliyi koordinasiya edir.

Digər xəbərlər