PDF Oxu

Dünya

  • 13

Obamanın qan qardaşı Mark kitab yazıb

Obamanın qan qardaşı Mark kitab yazıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obamanın qan qardaşı Mark Ndesanco noyabrın 4-də Quançjou şəhərində yazdığı kitab haqda məlumat vermişdir.
"Nayrobidən Şençjenə qədər" adlı aftobioqrafik romanda müəllif zülümkar atası ilə keçirdiyi ağır uşaqlıq və 7 il Çində yaşadığı əzablı günlərindən bəhs etmişdir.
M.Ndesanconun dediyinə görə, bu kitabı qardaşı B.Obama ABŞ prezidenti olduqdan sonra başa çatdırmağa nail olmuşdur. Onun dediyinə görə, qardaşının bu qələbəsi onu ağır keçmişi ilə barışdırmışdır. Mark atasının çox qəddar olduğunu və üçüncü arvadı olan anası Rutu tez-tez döydüyünü xatırlayır. "Atam haqda heç bir xoş xatirəm yoxdur" deyə Mark bildirmişdir. Hələlik, kitabın nəşrini öz üzərinə götürən naşir tapılmamışdır. M.Ndesanco kitab satışından qazandığı pulun 15 faizini Çinin və dünyanın digər ölkələrinin yoxsul uşaqlarına paylayacağını vəd etmişdir.
M.Ndesanco B.Obamanın gücünü bədii ədəbiyyatda sınayan yeganə qardaşı deyildir. Bu ilin yayında məlum olmuşdur ki, B.Obamanın ikinci qan qardaşı Corc Obama "Simon və Schuster" nəşriyyatı ilə müvafiq müqavilə imzalamışdır. ABŞ prezidentinin anabir bacısı Maya Sutoro-n da memuar üzərində işləməkdədir. Xatırladırıq ki, B.Obama 1995-ci ildə öz atasından bəhs edən "Atamın arzuları" adlı kitabını nəşr etdirmişdir.

Digər xəbərlər