PDF Oxu

Dünya

  • 7

İranda baş vermiş zəlzələdən 200 nəfər xəsarət alıb

İranda baş vermiş zəlzələdən 200 nəfər xəsarət alıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 4-də İranın cənubunda yerləşən liman şəhəri Bəndər-Abbasda Rixter şkalası üzrə baş vermiş 4,9 bal gücündə zəlzələ ən azı 209 nəfərin bədən xəsarəti alması ilə nəticələnmişdir.
"İrna" informasiya agentliyinin məlumatına görə, zəlzələ zamanı 80 nəfər yaralanmışdır. Şəhərin elektrik və telefon xətləri sıradan çıxmışdır.
Yeraltı təkanlar qonşu Keşm adasında da müşahidə edilmişdir. "Fars" agentliyinin məlumatına görə, İranda yanvarın 3-də də zəlzələ olmuşdur. Rixter cədvəli üzrə 4,2 bal gücündə olan bu zəlzələ Bam şəhərində baş vermişdir.
Coğrafi xüsusiyyətlərinin özünəməxsusluğuna görə, İranda zəlzələlər tez-tez baş verir. 2003-cü ilin dekabrında Bam şəhərində baş vermiş güclü zəlzələ nəticəsində 31 nəfər həlak olmuşdur. Bu hadisədən sonra paytaxtın Tehrandan başqa yerə köçürülməsi haqda söz-söhbət başlanmışdır. Noyabrın əvvəllərində İran Faydalı Şurası paytaxtın başqa əraziyə köçürülməsi haqda qərarı dəstəkləməşdir. Belə ehtimal edilir ki, yeni paytaxt Mərkəzi əyalətinin Qum və Dəlican şəhərləri arasında inşa edilsin.
İranda ən dağıdıcı zəlzələ 1990-cı ilin iyununda baş vermişdi. O zaman 37 min nəfər həlak olmuş, 100 min nəfər yaralanmışdır. Ölkənin şimali-qərb hisəssində yerləşən Gilan və Zəncan əyalətlərində 27 şəhər və 1870 kənd yerlə yeksan edilmişdir.

Digər xəbərlər