PDF Oxu

Dünya

  • 10

“Bizim Ukrayna” partiyası qrip epidemiyası ilə əlaqədar qurultayının vaxtını dəyişib

“Bizim Ukrayna” partiyası qrip epidemiyası ilə əlaqədar qurultayının vaxtını dəyişib
"Bizim Ukrayna" partiyasının noyabrın 3-də öz saytında yaydığı rəsmi məlumata görə, Ukrayna prezidenti Viktor Yuşşenkonun təmsiliçisi olduğu "Bizim Ukrayna" partiyası ölkədə yayılan "donuz qripi" virusu epidemiyası ilə əlaqədar özünün 8-ci qrultayını noyabrın 8-dən 28-ə keçirmişdir.
Partiyada belə hesab edirlər ki, vəziyyətin dəyişəcəyi halda qurultay, gözlənildiyi kimi, vaxtında keçiriləcəkdir.
"Bizim Ukrayna" partiyası özünün növbəti 8-ci qurultayında yanvarın 17-də keçiriləcəyi nəzərdə tutulan prezident seçkilərində V.Yuşşenkonun namizədliyini dəstəkləmək üçün rəsmi qərar qəbul edəcəkdir. Məlum olduğu kimi, V.Yuşşenko növbəti prezident seçkilərinə öz namizədliyini müstəqil namizəd kimi irəli sürəcəkdir.
"Donuz qripi" epidemiyasının yayılması ilə əlaqədar Ukraynanın 9 vilayətində karantin elan edilmişdir. Uşaq bağçaları, orta və ali məktəblər bağlanmış, orduya çağırış dayandırılmış və milli futbol çempionatının 13-cü turu təxirə salınmışdır. Ukraynanın Səhiyyə Nazirliyinin son məlumatına görə, "donuz qripi" virusundan 71 nəfər vəfat etmişdir. Onların arasında üç uşaq və iki hamilə qadın olmuşdur. 255,5 min adamda virusun əlamətləri müəyyən edilmişdir.

Digər xəbərlər