PDF Oxu

Dünya

  • 10

Ağ Ev Həmid Karzayın qələbəsini etiraf edib

Ağ Ev Həmid Karzayın qələbəsini etiraf edib
"Fox Nyus" telekanalının məlumatına görə, ABŞ prezidenti Barak Obama administrasiyası Həmid Karzayın Əfqanıstanın legitim lideri olduğunu etiraf etmişdir. Bir müddət əvvəl Əfqanıstan MSK-sı seçkilərin ikinci turunu təxirə salıb, H.Karzayın qələbəsini bəyan etmişdi.
H.Karzayla telefon söhbətində B.Obama ona Əfqanıstan tarixində "başlıca fəsil" yazmağa çağırmışdır. Ağ Ev nümayəndəsi Əfqanıstan seçkilərinin ölkə qanunçuluğuna uyğun tərzdə keçirildiyini bildirmiş və H.Karzayın qələbəsinin qeyri-legitimliyinə heç bir əsas olmadığını vurğulamışdır.
Əfqanıstan MSK-sı noyabrın 7-də seçkilərin ikinci turunu keçirməyi nəzərdə tutmuşdu. Ancaq başlıca rəqib Abdulla Abdulla öz namizədliyini geri götürdüyü üçün Əfqanıstan MSK-sı H.Karzayın qalib gəldiyini bəyan etmişdir. Seçkilərin ikinci turunda iştirak etməkdən imtina edən A.Abdulla dəfələrlə seçkilərdə saxtakarlıqlar törədildiyini bəyan etmişdi. Bu saxtakarlıqların aradan qaldırılmayacağı təqdirdə, o, seçkilərin ikinci turunda iştirak etməyəcəyini bildirmişdi. O, əlavə olaraq, MSK başçısının istefasını da tələb edir. Noyabrın 1-dək tələblərinin yerinə yetirilmədiyini görən Abdulla öz namizədliyini geri götürmüşdür.
Əfqanıstanda prezident seçkiləri cari ilin 12 avqustunda keçirilmişdi. H.Karzay 50 faizdən artıq səs qazandığı üçün seçkilərin birinci turunda qələbəsini təmin etmişdi. Ancaq təşkil edilmiş komissiya çoxsaylı saxtakarlıqlar üzə çıxardığı üçün MSK H.Karzayın qələbəsini təmin edə bilməmişdi.

Digər xəbərlər