PDF Oxu

Dünya

  • 12

Çexiya məhkəməsi Lissabon Müqaviləsinin Konstitusiyaya uyğunluğunu etiraf edib

Çexiya məhkəməsi Lissabon Müqaviləsinin Konstitusiyaya uyğunluğunu etiraf edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çexiyanın Konstitusiya Məhkəməsi Lissabon Müqaviləsinin ölkə Konstitusiyasına uyğunluğunu etiraf etmişdir. Bununla da Praqa Ümumavropa sənədinin ratifikasiyasına daha da yaxınlaşmalı olmuşdur. Müqavilənin qəbulu üçün Çexiya prezidenti Vatslav Klausun imzası lazımdır. Lissabon Müqaviləsinin ölkənin Konstitusiyaya müddəalarına uyğun gəlib-gəlmədiyini yoxlamaq üçün 17 Çexiya senatoru məhkəməyə müraciət etmişdir. Onlardan başqa sənədin ratifikasiya olunmasının növbəti əleyhdarı ölkə prezidenti V.Klaus olmuşdur. Onun qənaətinə görə, əsas qaydalarda Avropa Birliyi Xartiyasında Praqa üçün istisnalar nəzərdə tutulmuşdur. Prezident belə hesab edirdi ki, əks təqdirdə, müqavilə ratifikasiya olunduqdan sonra Sudet almanları İkinci Dünya müharibəsi zamanı müsadirə edilmiş əşyalarının qaytarılmalarını tələb edə bilərlər. Bir müddət sonra Avropa Birliyi Çexiya prezidentinin tələblərinə qarşı müvafiq addım atmışdır. Çexiya yeganə Avorpa Birliyi ölkəsidir ki, indiyədək Lissabon Müqaviləsini imzalamamışdır. Müqaviləni son imzalayan ölkə Polşa olmuşdur.

Digər xəbərlər