PDF Oxu

Dünya

  • 11

Pakistan “Taliban”ı liderinin başı üçün mükafat müəyyənləşdirilib

Pakistan “Taliban”ı liderinin başı üçün mükafat müəyyənləşdirilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanın hakimiyyət dairələri yerli "Taliban" hərəkatının 19 üzvünün və onun yeni lideri Həkimulla Məhsudun ələ keçirilməsi üçün mükafat təyin etmişdir.
İslamabad həmin şəxslərin tutulmasına və ya onların yerlərinin göstərilməsinə görə, bütövlükdə, 5 milyon dollar təklif edir. Bu məlumat yerli televiziya ilə verilmiş və ölkə qəzetlərinin ilk səhifəsində iri həriflərlə çap edilmişdir. Hökumət Həkimulla Məhsudu ölü və ya diri halda hakimiyyət orqanlarına təqdim edən şəxsə 50 milyon rupi (600 min dollar) verəcəkdir. Kamikadze hazırlığı ilə məşğul olan "Taliban"ın digər rəhbərləri Vəli ur-Rəhman və Kvari Hüseyn Məhsudun başı üçün də məhz həmin məbləğdə mükafat ayrılmışdır.
Mükafatların ayrılması yerli "Taliban" hərəkatı üzvləri ilə hökumət qoşunları arasında qarşıdurmanın sərtləşməsi ilə əlaqədar olmuşdur. Oktyabrın ortalarında Pakistanın silahlı qüvvələri taliblərin bir neçə terror aktlarına cavab olaraq,Cənubi Vəziristanda genişmiqyaslı hücum əməliyyatlarına başlamışlar. Taliblər əleyhinə döyüşlərdə 30 min hökumət əsgəri iştirak etmişdi. Belə ehtimal olunur ki, Həkimulla Məhsud məhz bu ərazidə gizlənir.

Digər xəbərlər