PDF Oxu

Dünya

  • 14

ÜTM qırıntılarından hazırlanmış gəmi Nyu-Yorka gəlib

ÜTM qırıntılarından hazırlanmış gəmi Nyu-Yorka gəlib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Ümumdünya Ticarət Mərkəzinin qüllələrinin qırıntılarından hazırlanmış hərbi gəmi noyabrın 2-də Nyu-Yorka gəlmişdir. Gəmi buradan Hudzon çayının yuxarı axınlarına doğru hərəkət edəcəkdir. "Nyu-York" desant-nəqliyyat gəmisi limanda xüsusi olaraq dayanmış və 11 sentyabr 2001-ci ildə ucaldılmış əkiz qüllələrin şərəfinə atəş açmışdır.
"Nyu-York" gəmisinin su tutumu 24,9 min ton, korpusunun uzunluğu isə 208 metrdir. Gəminin bortunda 800 nəfər dənizçi-piyada yerləşir. Onun eniş-uçuş göyərtəsi vertolyotlar üçün nəzərdə tutulub.

Digər xəbərlər