PDF Oxu

Dünya

  • 13

İran hökuməti paytaxtı Tehrandan başqa yerə köçürəcək

İran hökuməti paytaxtı Tehrandan başqa yerə köçürəcək
"Qardian" qəzetinin yazdığına görə, İranın rəsmi dairələri ölkənin paytaxtını başqa əraziyə köçürmək haqqında təşəbbüs qaldırmışlar. Onlar belə ehtimal irəli sürürlər ki, Tehranın zəlzələdən dağılma təhlükəsi qaçılmazdır. Seysmoloqların verdikləri proqnozlara görə, yaxın vaxtlarda Tehranda dağıdıcı zəlzələnin olacağı gözlənilir. Qəzetin yazdığına görə, paytaxtın köçürülməsi təşəbbüsünü İranın dini lideri ayətullah Əli Xameneyi irəli sürmüşdür. İran professoru Bəhram Akaşexin dediyinə görə, Tehran səhvən paytaxt seçilmişdir. Onun dediyinə görə, hazırda şəhəri maqnituda gücü 8 Rixter şkalası həddində olacağı gözlənilən zəlzələ təhdid etməkdədir. "Mən hakimiyyət dairələrini 40 il əvvəl xəbərdar etmişəm. Əgər o vaxt məni dinləsəydilər, hazırda Tehran zəlzələ meqapolisinə düşməz və nəzarətdən çıxmazdı" deyə B.Akaşex bildirmişdir. Alimin dediyinə görə, yeni paytaxt Qum və Dəlican şəhərləri arasında inşa ediləcəkdir. B.Akaşexin dediyinə görə, son 2 min il ərzində bu ərazidə zəlzələ olmamışdır. Hazırda Tehran şəhəri və ətrafında 13 milyon nəfər əhali yaşayır.

Digər xəbərlər