PDF Oxu

Dünya

  • 16

Avropa Birliyi Çexiyanın şərti ilə razılaşıb

Avropa Birliyi Çexiyanın şərti ilə razılaşıb
"Frans Press" informasiya agentliyinin Praqa və Brüsseldəki mənbələrə əsaslanaraq, yaydığı məlumata görə, Avropa Birliyi ölkələrinin başçıları oktyabrın 29-da Çexiyanın Lissabon Müqaviləsinin imzalanması ilə əlaqədar irəli sürdüyü şərti qəbul etmişlər.
Söhbətin məhz hansı şərtdən getdiyi, hələlik, məlum deyil. Əvvəllər belə bir məlumat yayılmışdı ki, Çexiya hökuməti Avropa Birliyi Xartiyasının başlıca hüquqlarından özü üçün xüsusi təminat ayrılmasına cəhd edir. Praqada qorxurdular ki, Lissabon Müqaviləsi imzalandıqdan sonra Sudet almanları İkinci Dünya müharibəsindən sonra müsadirə edilmiş əmlaklarının qaytarılmasını tələb edərlər.
Xatırladırıq ki, hazırda Lissabon Müqaviləsini imzalamış Çexiya Avropa Konstitusiyasını ratifikasiya etməyən yeganə ölkədir. Çexiya parlamenti Lissabon Müqaviləsini bu ilin fevralında imzalamışdır. Ancaq ölkə suverenliyinin məhdudlaşması imkanından narahatlıq keçirən bir qrup senator Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Çexiya prezidenti Vatslav Klausun dediyinə görə, nə qədər ki, senatorlar müqavilənin ölkənin konstitusiya müddəaları ilə uyğunluq təşkil etmədiyini iddia edirlər, o, Lissabon Müqaviləsini imzalamayacaqdır.
Lissabon Müqaviləsinin imzalanması Avropa Birliyinin 27 ölkə liderləri tərəfindən 2007-ci ilin dekabrında razılaşdırılmışdır. Avropa Birliyi Konstitusiyası iştirakçı ölkələrin hər biri tərəfindən bəyənilib təsdiq edilməlidir.

Digər xəbərlər