PDF Oxu

Dünya

  • 7

Haitinin baş naziri istefasının müzakirələrində iştirak etməyib

Haitinin baş naziri istefasının müzakirələrində iştirak etməyib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Haitinin baş naziri Mişel Pyer-Lui istefa məsələsinin müzakirə ediləcəyi Senatın yığıncağına qatılmaqdan imtina etmişdir. Senatorlar baş nazirin bu hərəkətini özləri üçün təhqir hesab etmiş və onun istefasına səs vermişlər.
Qanunvericilər və hökumət üzvləri Pyer-Luini 197 milyon dolları sərf etməkdə ittiham etmişlər. Həmin pullar 2008-ci ilin payızında Haiti adasında tüğyan edən 4 qasırğanın nəticələri ilə mübarizəyə sərf olunmalı idi. "Assoşieyted Press"in məlumatına görə, baş nazir ittihamları rədd etmişdir.
Bundan sonra senatorlar baş nazir Pyer-Luini oktyabrın ortalarında keçiriləcək yığıncağa dəvət etmişlər. Ancaq yığıncaq ərəfəsində parlamentin yuxarı palatasının deputatları Pyer-Luidən etiraz məktubu almışlar. O, məktubda istefasının müzakirə edildiyi yığıncaqda iştirak etmək istəmədiyini bildirmişdi.
2008-ci ildə Haitidə tüğyan edən bir neçə qasırğa 800 nəfərdən çox adamın həyatına son qoymuşdu.

Digər xəbərlər