PDF Oxu

Dünya

  • 9

Jak Şirak məhkəmə önündə dayanacaq

Jak Şirak məhkəmə önündə dayanacaq
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransanın keçmiş prezidenti Jak Şirakın ittiham edilməsi ilə əlaqədar sənədlər Paris məhkəməsinə təqdim edilmişdir. J.Şirakı yalançı iş yerlərinin yaradılması yolu ilə dövlət vəsaitini sərf etməkdə ittiham edirlər.
Əvvəllər Paris prokurorluğu J.Şirakın ittihamı ilə əlaqədar cinayətin 1992-ci ildə törədildiyini nəzərə alıb işi bağlamışdı. Prokurorluq belə qərar qəbul etmişdi ki, istintaq keçmiş prezidentin təqsirini kifayət qədər işıqlandırmağa nail olmamışdır. Bununla belə, müstəntiq işi məhkəməyə təqdim etmişdi. J.Şirak 1977-1995-ci illərdə Paris meri olmuşdur. İttiham aktı da məhz həmin dövrləri əhatə edir. Bununla əlaqədar 2007-ci ildə Paris meriyasının 9 yüksək vəzifəli məmuru əleyhinə ittiham irəli sürülmüşdü. İstintaq sübut etmişdi ki, həmin şəxslər öz partiya üzvlərini şəhər büdcəsi vasitəsilə təmin etmiş və onları meriyanın işçiləri kimi işə qəbul etmişdi.
1995-2007-ci illərdə J.Şirak ölkə prezidenti vəzifəsini icra edərkən, məhkəmə instansiyaları tərəfindən təqib edilmişdir. Müstəntiqlər J.Şirakın mer vəzifəsini icra etdiyi dövrün 481 şübhəli müqaviləsini yoxlamış və onlardan 21-i təsdiq edilmişdir.

Digər xəbərlər