PDF Oxu

Dünya

  • 14

Pişəvərdə həlak olanların sayı 105 nəfərə çatıb

Pişəvərdə həlak olanların sayı 105 nəfərə çatıb
"Assoşieyted Press" informasiya agentliyinin oktyabrın 29-da yaydığı məlumata görə, Pişəvərdə törədilmiş terror aktı nəticəsində həlak olanların sayı 105 nəfərə çatmışdır. Bu məlumatı şəhərin böyük xəstəxanalarından birinin həkimləri təsdiq etmişlər.
Həlak olan şəxslər məhz həmin xəstəxanaya çatdırılmışdır. Həlak olanların arasında 13 uşaq və 27 qadın olmuşdur.
Pakistanın Pişəvər şəhərinin qapalı bazarlarının birində partlayış oktyabrın 28-də gündüz baş vermişdir. Həmin bazara gələnlərin əksəriyyəti qadınlar olmuşdur. Çünki bu bazarda, əsasən, qadın geyimləri satılır. Partlayış nəticəsində bazarın damı çökmüş və uçqun altında xeyli adam qalmışdır. Partlayışdan yaxında yerləşən məscidə də zərər dəymişdir.
Pişəvər bazarındakı partlayış ABŞ-ın dövlət katibi Hillari Klintonun Pakistana səfəri ilə üst-üstə düşmüşdür. H.Klintonun gəlişinin başlıca məqsədi Pakistan rəhbərliyi ilə terrorçuluqla birgə mübarizə məsələlərini müzakirə etmək olmuşdur. 2009-cu il sentyabrın axırlarından indiyədək Pişəvəridə və onun ətrafında baş vermiş terror aktları nəticəsində 200 nəfərdən çox adam həlak olmuşdur.

Digər xəbərlər