PDF Oxu

Dünya

  • 11

Livan İsrailə doğru tuşlanmış raketləri nümayiş etdirib

Livan İsrailə doğru tuşlanmış raketləri nümayiş etdirib
Oktyabrın 28-də "Haaretz" qəzetinin yazdığına görə, Livan ordusu İsraillə sərhəddə 4 raket aşkar edib onu sökmüşdür. Raketlər Xula kəndi yaxınlığında tapılmışdır. Yaxın günlərdə İsrail ərazisi məhz bu bölgədən raket atəşinə tutulmuşdur. Qəzetin yazdığına görə, 4 raketdən üçü hazır vəziyyətdə olmuşdur. "Röyter"in məlumatına görə, raketlərin hər biri ayrılıqda xüsusi ağac platformalarla qapadılmış və taymerlə təchiz edilmişdir.
Oktyabrın 28-də İsrail ərazisinə atılmış raket mərmisi Kiryat-Şmon bölgəsinə düşmüşdür. Atəşin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməmişdir. Raket yaşayış bölgəsinə düşmədiyindən, xəsarət alan olmamışdır. İsrail tərəf dərhal cavab atəşi açmış və Xula kəndini artilleriya atəşinə tutmuşdur. Ancaq burada da xəsarət alan olmamışdır.
"Kadima" partiyasının lideri Tsipi Livni baş vermiş hadisədə məsuliyyəti bütövlükdə Livan rəhbərliyinin üzərinə qoymuş və İsrailin heç vaxt ərazisinə atılan raket zərbələrini cavabsız qoymayacağını bildirmişdir.
"Haaretz" qəzeti xatırladır ki, bu ilin sentyabrında İsrail ərazisinə Livandan atılmış iki raket mərmisi düşmüşdür. Buna cavab olaraq, İsrail hökuməti şikayət məktubu ilə BMT-yə müraciət etmişdir. Məlum olduğu kimi, BMT 2006-cı ildə İsrail və Livan arasında sülh müqaviləsi imzalanarkən, vasitəçi qismində çıxış etmişdir.
Müharibə başa çatdıqdan sonra İsrail və Livan sərhədində gərgin vəziyyət qalmaqdadır. Hazırda "Hizbullah" Livan islam hərəkatı 40-80 min vahid miqdarda silah əldə etmiş və bu ehtiyatı artırmaqdadır.

Digər xəbərlər