PDF Oxu

Dünya

  • 7

Miçiqanda islamçı qruplaşmanın lideri güllələnib

Miçiqanda islamçı qruplaşmanın lideri güllələnib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Federal Təhqiqat Bürosunun əməkdaşları Miçiqan ştatının Detroyt şəhərciyində keçirdikləri reyd zamanı radikal müsəlman sünni birliyi fundamentalistlərinin lideri Loğman Amin Abdullanı güllələmişlər. Səbəb islamçı liderin hakimiyyət orqanlarına təslim olmaq istəməməsi olmuşdur.
Atışma oktyabrın 28-də Detroytun Dirborn hissəsindəki anbarında baş vermişdir. Amin Abdulla və onun həmfikirlərini həbs etmək istərkən, qarşı tərəf təslim olmaqdan imtina etmişdir. Nəticədə atışma xeyli davam etmiş və islamçı lider öldürülmüşdür.
İstintaqın məlumatına görə, 53 yaşlı Amin Abdulla həm də Detrotun "Əl-Haqq" məscidinin imamı olmuşdur. Onu, həm də Kristofer Tomas kimi də çağırırdılar. Geniş milli dairədə intişar tapmış təşkilatın başlıca məqsədi ABŞ ərazisində islam dövləti yaratmaq olmuşdur. Məlum olduğu kimi, qruplaşmanın bəzi üzvləri islam dinini qəbul etdikdən sonra Amin Abdullanın dəstəsinə keçmişdir. Məhkəmə Amin Abdullanın 11 ardıcılı əleyhinə ittiham irəli sürmüşdür. Bu ardıcılların 8 nəfəri cümə axşamı məhkəmə önündə cavab verəcək, digər üç nəfər isə azadlığa buraxılmışdır.

Digər xəbərlər