PDF Oxu

Dünya

  • 8

Barak Obama “ağıllı” elektrik şəbəkəsinə 3,4 milyard dollar ayıracaq

Barak Obama “ağıllı” elektrik şəbəkəsinə 3,4 milyard dollar ayıracaq
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ hökuməti ölkədə "ağıllı" elektrik şəbəkəsinin yaradılması üçün 3,4 milyard dollar ayıracaqdır. ABŞ prezidenti bu haqda rəsmi bəyanatını oktyabrın 27-də Florida ştatında yerləşmiş nəhəng elektrik stansiyasına səfəri dairəsində yaymışdır. Yeni yaradılmış elektrik şəbəkəsi günəş və külək enerjisi ilə işləyəcək və enerjinin qənaətlə işlədilməsinə zəmin yaradacaqdır.
Dövlətin ayırdığı 400 min dollardan 200 milyon dollaradək məbləğ ölkənin 49 ştatının 100-dək kompaniyalarına ünvanlandırılacaqdır. Dövlət rəsmilərinin məlumatına görə, nəticədə minlərlə yeni iş yerləri yaradılacaqdır. "Ədalət naminə deməliyik ki, hazırkı energetika sistemi köhnəlmiş və nəzər- diqqətdən düşmüşdür" deyə prezidentin iqlim dəyişikliyi və energetika məsələləri üzrə müşaviri Kerol Brauner bildirmişdir.
Mütəxəssislər 18 milyon müasir sayğacın quraşdırılmasına və nəticədə əhalinin yeni növ enerjini qənaətlə işlədəcəyinə əminliklərini ifadə etmişlər. Bununla yanaşı, 700 avtomatlaşdırılmış quraşdırıcı stansiyanın yaradılması nəzərdə tutulur. Bu stansiyalar bu və ya digər səbəblərdən sönmüş işıqların tezliklə bərpa olunmasına zəmin yaradacaqdır. Energetika kompaniyaları köhnəlmiş enerji şəbəkələrinin yerinə 200 min "ağıllı" transformator alacaqlar. Müasir elektrik şəbəkəsinin bərpası üçün ölkənin 787 milyardlıq büdcəsindən vəsait ayrılacaqdır. "Assoşieyted Press"in məlumatına görə, energetika nazirliyi 400 iddiaçı arasından müsabiqə yolu ilə 100 iddiaçı qrant alan kompaniyanı müəyyənləşdirmişdir.

Digər xəbərlər