PDF Oxu

Dünya

  • 12

Abxaziyada Sergey Baqapşın prezidentliyə namizədliyi irəli sürülüb

Abxaziyada Sergey Baqapşın prezidentliyə namizədliyi irəli sürülüb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, "Vahid Abxaziya" partiyası iqtidarda olan respublika prezidenti Sergey Baqapşın dekabrın 12-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürmüşdür. Abxaziyada prezident seçkilərinə namizədlərin irəli sürülməsi mərhələsi oktyabrın 13-dən noyabrın 2-dək davam edir. İndiyədək S.Baqapşdan başqa müxalifətçi İqtisadi İnkişaf Partiyasının lideri Beslan Butbanın da namizədliyi irəli sürülmüşdür. "Xalq Birliyi Forumu" və xalq Partiyası da öz namizədlərini irəli sürmək hüququndadır. Ancaq onlar indiyədək öz mövqelərini bildirməmişlər. S.Baqapş 2004-cü ildən Abxaziya prezidenti seçilmişdir. Abxaziyanın müstəqilliyi 2008-ci ildə məhz onun prezidentliyi dövründə tanınmışdır. Məlum olduğu kimi, Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini Rusiya, Nikaraqua və Venesuela tanımışdır. Bu da seçkilərdə S.Baqapşın mövqeyinin güclülüyünə dəlalət edir. Analitiklər B.Butbanın namizədliyini zəif kimi dəyərləndiriblər. İqtisadi İnkişaf Partiyası Rusiya əleyhinə kurs götürmüşdür. Abxaziya əhalisinin əksəriyyəti isə Rusiyanı himayədar ölkə kimi tanıyır.

Digər xəbərlər