PDF Oxu

Dünya

  • 11

BMT-nin Kabuldakı missiyasına hücum zamanı 12 nəfər həlak olub

BMT-nin Kabuldakı missiyasına hücum zamanı 12 nəfər həlak olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, taliblərin BMT missiyasının Kabuldakı binasına hücum zamanı 12 nəfər həlak olmuşdur. Onlardan 6 nəfəri BMT missiyası əməkdaşları, iki nəfəri mühafizəçi, 1 nəfəri dinc Əfqanıstan sakini, 3 nəfəri isə taliblər olmuşdur.
Hücum zamanı BMT missiyasının 9 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Qətlə yetirilmiş taliblərin cəsədləri müəyyənləşdirilmək üçün xəstəxanaya aparılmışdır. Şahidlərin dediklərinə görə, hücum edənlər polis formasında olmuşlar.
Terrorçular Kabuldakı prezident sarayına qumbara atsalar da, xəsarət alan olmamışdır. Yaxınlıqdakı "Serena" mehmanxanasının binasına mərmi düşsə də, partlamamışdır. BMT nümayəndəsi Edrian Edvardsın dediyinə görə, baş verən hücum Əfqıstandakı missiyanın işinə maneçilik törətməmişdir.
"Taliban" nümayəndələrinin dediklərinə görə, onların başlıca məqsədi oktyabrda keçiriləcək prezident seçkilərinin ikinci turunun qarşısını almaqdır. Xatırladırıq ki, seçkilərin birinci turu keçirilərkən ölkə ərazisində 140-a yaxın terror aktı törədilmişdir.

Digər xəbərlər