PDF Oxu

Dünya

  • 7

ABŞ Keniya nazirini vizadan məhrum etməklə cəzalandırıb

ABŞ Keniya nazirini vizadan məhrum etməklə cəzalandırıb
"Dailu Nation" qəzetinin ABŞ-ın Afrika məsələləri üzrə dövlət katibinin köməkçisi Conni Karsona əsaslanaraq, yazdığına görə, Barak Obama administirasiyası Keniya hökumətinin nazirlərindən birinin vizasını ləğv etmişdir.
Həmin nazir və Keniyanın daha üç yüksək vəzifəli məmuru yaxın vaxtlarda ABŞ-a səfər edə bilməyəcəklər. Hələlik, haqqında söhbət gedən yüksək vəzifəli məmurların adları çəkilmir. C.Karsonun dediyinə görə, həmin şəxslərin üzərinə qoyulan qadağa Keniyada islahatlar proqramının ləngliyi və ölkənin korrupsiya əleyhinə mübarizə aparması ilə əlaqədardır.
C.Karson hazırda Keniyada korrupsiyanın böyük vüsətlə inkişaf etdiyini bildirir və buna baxmayaraq, son 15 il ərzində heç bir hökumət məmurunun məsuliyyətə cəlb edilmədiyini vurğulayır. C.Karson məktəblərin tikintisinə ayrılmış milyonlarla dolların "izsiz-soraqsız" yoxa çıxdığını və hüquq-mühafizə orqanlarının buna heç bir reaksiya göstərmədiklərini bildirir.
Bir müddət əvvəl Ağ Ev Keniya rəhbərliyinə məktubla müraciət edərək, ölkənin 15 yüksək vəzifəli məmurunun Amerika vizalarından məhrum ediləcəyini bəyan etmişdi. Keniya prezidenti Mvai Kibaki məktuba öz etirazını bildirmiş və Vaşinqtonun Keniyanın daxili işlərinə qarışdığını bəyan etmişdi. Bundan sonra Barak Obama ABŞ-ın dövlət katibi Hillari Klinton və BMT-nin keçmiş baş naziri Kofi Annanla görüşüb, vəziyyəti müzakirə etmişdir. Qərara alınmışdı ki, Keniya məmurları əleyhinə sanksiyalar tətbiq edilsin.
2007-ci il prezident seçkilərindən sonra Keniyada etnik konflikt başlanmış və bu hal silahlı qarşıdurma ilə müşayiət edilmişdir. 2008-ci ilin aprelində koalisiya hökuməti yaradıldıqdan sonra konflikt nizama salınmışdır.

Digər xəbərlər