PDF Oxu

Dünya

  • 14

Qonduras prezidenti Miçelettinin qardaşı oğlu qətlə yetirilib

Qonduras prezidenti Miçelettinin qardaşı oğlu qətlə yetirilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Qondurasın prezident səlahiyyətlərini icra edən Roberto Miçelettinin qardaşı oğlu Kortes departamentinin tərkibinə daxil edilmiş Çolom bələdiyyəsində qətlə yetirilmişdir.
25 yaşlı Entso Miçelettenin qətli Manuel Selayya devrildikdən sonra ölkədə yaranmış siyasi böhranla əlaqədardır. Entsonun cəsədi əl-ayağı bağlı halda iki güllə yarası ilə oktyabrın 25-də tapılsa da, kütləvi informasiya vasitələrinə məhz indi məlum olmuşdur. Entsonun cəsədi ilə yanaşı, şəxsiyyəti məlum olmayan daha bir gəncin də cəsədi aşkar edilmişdir. Polisin dediyinə görə, qətlin törədilməsində siyasi motivlər mövcud deyil. Polis hər iki gəncin qətlə yetirilməmişdən əvvəl sürdükləri avtomobili aşkar etmişdir.
"Assoşieyted Press"in məlumatına görə, bazar günü Tequsiqalpa şəhərində Qonduras ordusu üçün geyim məmulatları təchizatı ilə məşğul olan polkovnik Konsepsion Ximenes gülələnmişdir. Bu cinayətin Entsonun qətli ilə əlaqəsinin olması müəyyənləşdirilməmişdir.

Digər xəbərlər