PDF Oxu

Dünya

  • 6

Hindistan öz vətəndaşlarını Pakistana getməkdən çəkinməyə çağırdı

Hindistan öz vətəndaşlarını Pakistana getməkdən çəkinməyə çağırdı
"Tayms of İndia" qəzetinin yazdığına görə, Hindistanın hakimiyyət dairələri ölkə əhalisinə müraciət edərək, terror aktlarının çoxalması ilə əlaqədar, Pakistana səfər etməkdən çəkinməyə çağırmışdır.
Bəynatda deyilir ki, Pakistanda vəziyyət sabitləşdikdən sonra, bu ölkə ərazisinə səfərlər bərpa oluna bilər. Hazırda ən təhlükəli zona sərhəddə yerləşən Pəncab şəhəri hesab edilir ki, Hindistan ziyarətçiləri, ənənəvi olaraq, buradakı məbədləri ziyarət edirlər.
Son bir neçə həftə ərzində Pakistanda 200 nəfərdən çox adam terror aktlarının qurbanlarına çevrilmişdir. Hazırda Pakistan hökuməti Cənubi Vəziristan əyalətində "Taliban" terrorçu qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. Əməliyyatlardan bir qədər əvvəl taliblər koalisiya qüvvələrinin əməliyyatlarının dayandırılmasını tələb edir və Pakistan hökumətini bütün ölkə ərazisində terror aktları keçirəcəkləri ilə hədələyirdilər. Bu cür terror aktlarının birincisi oktyabrın 5-də BMT-nin Ümumdünya Ərzaq Proqramı ofisinin partladılması ilə başlanmışdır. Bundan sonra, silahlıların hücum əməliyyatları genişlənmişdir. Hücumlardan biri ölkənin quru qoşunlarının baş qərargahı kompleksinə edilmişdir.

Digər xəbərlər