PDF Oxu

Dünya

  • 13

İki terror aktı nəticəsində Bağdadda 147 nəfər həlak olub

İki terror aktı nəticəsində Bağdadda 147 nəfər həlak olub
"Los-Anceles Tayms" qəzetinin yazdığına görə, oktyabrın 25-də Bağdadın mərkəzində törədilmiş iki terror aktı nəticəsində 147 nəfər həlak olmuş, 700 nəfərə yaxın adam yaralanmışdır. Bir müddət əvvəl 132 nəfərin həlak olduğu haqda xəbər verilirdi.
Partlayışlardan biri ədliyyə nazirliyi, ikincisi isə qubernator administrasiyası yaxınlığında bir-birinin ardınca törədilmişdir. Hər iki partlayış içərisinə mina bərkidilmiş avtomobillər vasitəsilə həyata keçirilmişdir. Qəzetin məlumatına görə, bu iki terror aktı son iki il ərzində İraqda ən ciddi partlayışlar kimi qeydə alınmışdır.
Hər iki terror aktı "yaşıl zona" yaxınlığında yerləşən xarici ölkələrin və eləcə də, yerli hökumətin binalarının yerləşdiyi ərazi yaxınlığında törədilmişdir. Qəzetin apardığı rəy sorğusuna görə, cinayətin arxasında Nuri əl-Maliki hökumətinin siyasi dairələrdəki əleyhdarları dayanır. İraqda keçiriləcək ümumxalq seçkiləri yanvarın 16-na təyin edilmişdir.
Bu ilin avqust ayında Bağdadın xarici işlər, maliyyə və müdafiə nazirliklərinin binaları yaxınlığında baş vermiş partlayışlar nəticəsində 100 nəfərə yaxın adam həlak olmuşdur. 2009-cu ilin iyun ayından etibarən ölkənin təhlükəsizliyi üçün yerli güc strukturları cavabdehlik daşıyırlar. Artıq ABŞ hərbi kontingentləri İraq şəhərlərindən çıxarılmışdır. ABŞ müşahidəçiləri belə hesab edirlər ki, İraqda zorakılığın davam etdirilməsi Barak Obamanın qərarının dəyişdirilməsinə səbəb ola bilər. Hazırkı plana əsasən, ABŞ-ın ordu birləşmələri 2010-cu ilin avqustunadək İraq ərazisindən çıxarılmalıdır. Gərginliyin artmaqda davam etməsi bu qərarın dəyişməsi ilə nəticələnə bilər.

Digər xəbərlər