PDF Oxu

Dünya

  • 14

Yuşşenko seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək

Yuşşenko seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, Ukraynanın iqtidarda olan prezidenti Viktor Yuşşenko 2010-cu il 17 yanvar prezident seçkilərində öz namizədliyini müstəqil surətdə irəli sürəcəkdir. Bu məlumatı "İTAR-TASS" agentliyinə prezident katibliyinin başçısı Vera Ulyançenko vermişdir.
V.Ulyançenkonun dediyinə görə, V.Yuşşenkoya təmsilçisi olduğu "Yeni Ukrayna" partiyası dəstək verəcəkdir. Müvafiq qərar partiyanın 8 noyabr qurultayında qəbul ediləcəkdir. "Kommersant-Ukraina" qəzetinin yazdığına görə, V.Yuşşenko öz sənədlərini respublika MSK-sına 27-30 oktyabr dövrlərində təqdim edəcəkdir.
V.Ulyançenko V.Yuşşenkonun yeni prezident seçkilərində iştirakını şərh edərkən demişdir: "Prezident seçkilərində cəmi bir dəfə iştirak etmək qeyri-ciddidir". Onun dediyinə görə, V.Yuşşenko 2010-2015-ci illərdə prezident postunu tutduğu 2005-2010-cu illərdəki nəticələrini möhkəmləndirmək fikrindədir. V.Ulyançenko V.Yuşşenkonun növbəti prezident seçkilərində uğursuzluqla üzləşəcəyini faciə adlandırmışdır: "Bu, V.Yuşşenkonun yox, xalqın, mənim uşaqlarımın, jurnalistlərin faciəsi olacaqdır. Çünki bugünkü Ukrayna başqa namizədin qələbə çalacağı təqdirdə, SSRİ-yə dönüş kimi ciddi təhlükə qarşısında qalacaqdır".
Növbəti prezident seçkilərində V.Yuşşenkodan başqa, Regionlar Partiyasının lideri Viktor Yanukoviç, baş nazir Yuliya Timoşenko, hüquqşünas Oleq Ryabokon, keçmiş müdafiə naziri Anatoli Qritsenko, Ali Radanın keçmiş spikeri Arseni Yatsenyuk və digərləri iştirak edəcəklər.
Hazırda namizədlər arasında ən yüksək reytinqə Yatsenyuk, Yanukoviç və Timoşenko malikdir. V.Yuşşenkonun reytinqi dörd faizə bərabərdir. Ancaq V.Ulyançenkonun dediyinə görə, bu məlumat yanlışdır və V.Yuşşenkonu ölkənin 5,5-8 faiz vətəndaşı dəstəkləyir.

Digər xəbərlər