PDF Oxu

Dünya

  • 14

Uruqvay prezidenti birinci turda seçilmədi

Uruqvay prezidenti birinci turda seçilmədi
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 25-də Uruqvayda keçirilən prezident seçkilərində prezident postu uğrunda mübarizə aparan namizədlərdən heç birisi 50 faiz baryerini aşmağa nail olmamışdır. Bundan sonra noyabrın 29-da seçkinin ikinci turunun keçiriləcəyi gözlənilir.
Seçkinin birinci turunda ən çox səs toplamış namizəd keçmiş partizan və kənd təsərrüfatı nazirliyinin keçmiş başçısı, 74 yaşlı Xose Muxika olmuşdu. İlkin məlumata görə, seçicilərin 47 faizi ona səs vermişlər. X.Muxika Uruqvayın "Geniş Cəbhə" iqtidar partiyasını təmsil edir.
Müxalifət namizədi, 1990-1995-ci illərdə Uruqvayın keçmiş prezident postunu tutmuş Luis Lakalye 30 faiz seçici səsi qazanmaqla ikinci nəticə göstərmişdir. Bu səbəbdən, o da seçkinin ikinci turunda iştirak edəcəkdir.
Uruqvay prezidenti 5 il müddətinə seçilir. Ölkə qanunçuluğuna əsasən, eyni şəxs dalbadal ikinci prezident postuna seçilə bilməz. Oktyabrın 25-də Uruqvayda prezident seçkilərindən başqa, həm də, qanunverici orqan olan Konqres üzvlüyünə də seçkilər keçirilmişdir.
1973-1985-ci illərdə Uruqvayda hakimiyyət başında hərbi xunta olduğundan, ölkədə prezident seçkiləri keçirilməmişdir. Həmin vaxt ölkəni hərbçilərin nəzarəti altında olan xüsusi şura idarə etmişdir.
Uruqvayda keçirilən seçkilərdən bir neçə gün əvvəl diktatura dövründə prezident postunu tutmuş Georgio Alvaresin məhkəmə dinləmələri başa çatmışdır. 83 yaşlı G.Alvares 37 qətl hadisəsində və bəşəriyyətə qarşı çoxsaylı cinayətlərdə təqsirli bilinərək, 25 il müddətində azadlıqdan məhrum edilmişdir.

Digər xəbərlər